|
• Dünyadaİtalyada məscidlərə bağlı zidd qanun ləğv olunduİtalya Ali Məhkəməsi bu ölkənin şimalında Lombardiya regionunda məscidlərin tikintisinə məhdudiyyət qoyan qanunu ləğv edib. Ahlibeyt.az-ın Maide.az xəbər verir ki, “Məscidlərə zidd” qanun adlanan bu qanun 2015-ci ildə İtaliyanın Şimal Liqası Partiyasının təşəbbüsü ilə immiqrantlara qarşı qəbul olunmuşdu. Qanunda məscidlərə qarşı çox sərt qaydalar yer almışdı və Lombardiya regionu müsəlmanlarını incitmək məqsədi ilə qəbul olunmuşdu. Qanunda göstərilirdi ki, məscid tikilməzdən öncə yerli əhali arasında səsvermə keçriilməli idi və onların verəcəyi səsə görə məscidin tikilib-tikilməyəcəyinə qərar veriləcəkdi. İtalyanın Daxili İşlərNazirliyinin məlumatına görə, 2015-ci ilin əvvəlinə olan statistikaya görə, bu ölkə əhalisinin 1.6 faizi müsəlmanlardır. Müsəlmanları 26.5 faizi isə Lombardiya regionunda məskunlaşıblar.İtalyanın ən qədim məscidi də bu bölgədədir. Baxmayaraq ki, İtalyada müsəlmanların ibadəti üçün 700 yer ayrılıb, lakin yalnız rəsmi olaraq 7 yer məscid kimi tanınır. Ötən il “Məscidlərə zidd”qanun qəbulu bir çox fəalların etirazına səbəb olmuşdu. Onlar bu qanunu söz azadlığı və vətəndaşların birgə yaşama hüquqlarının pozulması kimi dəyərləndirirdi.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Fevral, 2016 16:25 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |