
İtalya Ali Məhkəməsi bu ölkənin şimalında Lombardiya regionunda məscidlərin tikintisinə məhdudiyyət qoyan qanunu ləğv edib.
Ahlibeyt.az-ın Maide.az xəbər verir ki, “Məscidlərə zidd” qanun adlanan bu qanun 2015-ci ildə İtaliyanın Şimal Liqası Partiyasının təşəbbüsü ilə immiqrantlara qarşı qəbul olunmuşdu.
Qanunda məscidlərə qarşı çox sərt qaydalar yer almışdı və Lombardiya regionu müsəlmanlarını incitmək məqsədi ilə qəbul olunmuşdu. Qanunda göstərilirdi ki, məscid tikilməzdən öncə yerli əhali arasında səsvermə keçriilməli idi və onların verəcəyi səsə görə məscidin tikilib-tikilməyəcəyinə qərar veriləcəkdi.
İtalyanın Daxili İşlərNazirliyinin məlumatına görə, 2015-ci ilin əvvəlinə olan statistikaya görə, bu ölkə əhalisinin 1.6 faizi müsəlmanlardır. Müsəlmanları 26.5 faizi isə Lombardiya regionunda məskunlaşıblar.İtalyanın ən qədim məscidi də bu bölgədədir.
Baxmayaraq ki, İtalyada müsəlmanların ibadəti üçün 700 yer ayrılıb, lakin yalnız rəsmi olaraq 7 yer məscid kimi tanınır.
Ötən il “Məscidlərə zidd”qanun qəbulu bir çox fəalların etirazına səbəb olmuşdu. Onlar bu qanunu söz azadlığı və vətəndaşların birgə yaşama hüquqlarının pozulması kimi dəyərləndirirdi.