|
• DünyadaFransada orta əsrlərə aid müsəlman məzarları aşkarlanıbAntropoloqlar Fransada orta əsrlərə aid müsəlman məzarlarını aşkarlayıblar. Ahlibeyt.az-ın məlumatına görə, Trend "EurekAlert" portalına istinadən xəbər verir ki, müəlliflər təhqiqatların nəticələrini Fransanın "PLoS ONE" jurnalında dərc ediblər. Alimlər VIII əsrə aid və Fransanın cənubunda yerləşən Nim şəhərindəki 3 məzar üzərində təhqiqatlar aparıblar. Onlar dəfn üsullarının təhqiqatlarını aparıblar, genetik analizlər keçirilib, ölənlərin cinsi mənsubiyyəti və yaşları müəyyən edilib. Genetik analizlərə əsasən, VII-IX əsrlərdə dəfn olunanlar Simali Afrika əsillidirlər. Alimlər hesab edirlər ki, sümüklər Əməvilər sülaləsinə (Dəməşq xilafətində 661-ci ildə hakimiyyətə gəliblər) aiddir. Tapıntılar ərəblərin Qərbi Avropada yerləşmələrinin ilk dəlili hesab olunur. Fransanın Nim şəhəri Aralıq dənizinin sahillindən 36 kilometr məsafədə yerləşir. Şəhər eradan əvvəl 121-ci ildə yaranıb. VIII əsrdə ərəblər tərəfindən qısa bir zamanda istila edilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Fevral, 2016 13:13 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |