_thumb.jpg)
Antropoloqlar Fransada orta əsrlərə aid müsəlman məzarlarını aşkarlayıblar.
Ahlibeyt.az-ın məlumatına görə, Trend "EurekAlert" portalına istinadən xəbər verir ki, müəlliflər təhqiqatların nəticələrini Fransanın "PLoS ONE" jurnalında dərc ediblər.
Alimlər VIII əsrə aid və Fransanın cənubunda yerləşən Nim şəhərindəki 3 məzar üzərində təhqiqatlar aparıblar. Onlar dəfn üsullarının təhqiqatlarını aparıblar, genetik analizlər keçirilib, ölənlərin cinsi mənsubiyyəti və yaşları müəyyən edilib.
Genetik analizlərə əsasən, VII-IX əsrlərdə dəfn olunanlar Simali Afrika əsillidirlər. Alimlər hesab edirlər ki, sümüklər Əməvilər sülaləsinə (Dəməşq xilafətində 661-ci ildə hakimiyyətə gəliblər) aiddir.
Tapıntılar ərəblərin Qərbi Avropada yerləşmələrinin ilk dəlili hesab olunur.
Fransanın Nim şəhəri Aralıq dənizinin sahillindən 36 kilometr məsafədə yerləşir. Şəhər eradan əvvəl 121-ci ildə yaranıb. VIII əsrdə ərəblər tərəfindən qısa bir zamanda istila edilib.