إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İş adamını öldürən radikal dini dəstə üzvünün atası oğluna ağır cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamı Vahid Vahabovu qətlə yetirməkdə təqsirləndirilən 17 nəfərlik radikal dini dəstə üzvləri - Nurəddin Xəlilov, Müşfiq Mikayılov, Rəşad Həşimli, Əhməd Kərimov, Coşqun Kərimbəyli, Bahadur Məmmədov, Zaur Əliyev, Pərviz Şıxalıyev, Rəşad Səfərəliyev, Xəlil Məmmədov, Şakir Məmmədov, Rafiq Bəyimov, Ceyhun Abdullayev, İlqar Musayev, Anar Rzayev, Niyaməddin Xəlilov, Fəxri Şirinzadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

ahlibeyt.az-ın Trend-ə istinadən məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Əhməd Kərimovun atası Tofiq Kərimov ifadəsində oğlunun şeytanın yolunda olduğunu deyib: “Bütün günah məndədir, uşaq vaxtı onu molla məktəbinə qoydum. Dedim dindən, Qurandan başı çıxsın. İndi şeytana qoşulub. Zərərçəkənlərdən oğlum yerinə üzr istəyirəm. Hakimlər kollegiyasından xahiş edirəm, işə ədalətli baxsınlar, oğlumun törətdiyi cinayətə görə cəza versinlər. Əhməd şeytanın yolundan əl çək, Allah yoluna qayıt”.

Məhkəmə prosesi fevralın 29-a davam edəcək.

Qeyd edək ki,ötən il noyabrın 24-də Qəbələ şəhər sakini Vahid Vahabovun yaşadığı evdə meyiti tapılıb və faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Araşdırmalarla müəyyən edilib ki, Vahid Vahabovun qonşusu Coşqun Kərimbəyli onun imkanlı şəxs olduğu barədə yaxın dostları,sələfi(Vəhhabi) dini təriqət üzvləri olan əvvəllər məhkum edilən Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Rəşad Həşimli və Əhməd Kərimova məlumat verib. Onlar Vahid Vahabovun yaşadığı evə basqın edərək külli miqdarda pul və qızıl- zinət əşyaları ələ keçirmək barədə qabaqcadan razılığa gəliblər.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Fevral, 2016  15:48 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!