|
|
R.T.Ərdoğanın Gəncə səfəri təxirə düşdü - Türkiyə prezidentinin təyyarəsi Bakıya eniş edəcəkTürkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın Gəncəyə sabaha planlaşdırılan səfəri təxirə düşüb - Türkiyə prezidentinin təyyarəsi Bakıya eniş edəcək. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Türkiyənin Azərbaycandakı səfirliyindən AnsPess-ə verilən məlumata buna səbəb havanın dumanlı olması qeyd olunub - "Türkiyə prezidentinin təyyarəsi sabah Gəncəyə deyil, birbaşa Bakıya gələcək. Havanın dumanlı olması ilə əlaqədar, Gəncədə planlaşdırılan görüş də, çox güman ki, Bakıda keçiriləcək", - deyə səfirlikdən bildirdilər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 18-də Gəncədə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəyi planlaşdırlırdı. İclas çərçivəsində ikitərəfli münasibətlərin hərtərəfli inkişafına, və əməkdaşlığın daha da irəliyə aparılması üçün bir sıra danışıqların baş tutacağı, Dağlıq Qarabağ münaqişəsi başda olmaqla regionda və dünyada baş verən hadisələr müzakirə olunacağı gözlənilirdi. Səfər çərçivəsində iki ölkə arasında bir sıra sənədlərin imzalanması planlaşdırılır. Azərbaycana Rəcəb Tayyib Ərdoğanla yanaşı Türkiyə Baş Qərargahının yüksək rütbəli əməkdaşları və bəzi nazirlərin gələcəyi gözlənilir. Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana sonuncu dəfə birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ötən il iyunun 12-də səfər edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Fevral, 2016 15:32 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |