|
• DünyadaAmerikada ilk dəfə olaraq İspan dilində İslam Mərkəzi açıldıABŞ-ın Houston şəhərində milliyyətcə Latın Amerikası ölkələrindən olan müsəlmanlar üçün İspan dilində İslam Mərkəzi təsis edildi Ahlibeyt.az-ın İqna-ya istinadən məlumatına görə,Mərkəz qeyri hökumət təşkilatı (QHT) olan "İspanca İslam" təşkilatı tərəfindən hər gün çoxalmaqda olan latın dilli müsəlmanlara İslam maarifini öyrətmək və onların dini ehtiyaclarını təmin etmək üçün yaradılmışdır. Mərkəzdin nəzdində məscid, mezey, konfrans zalı, sərgi zalı, studiya və incəsənət atölyesi də fəaliyyət göstərir. Bu məscid və İslam Mərkəzi Amerikada fəaliyyətə başlayan İspan dilli ilk təşkilatdır. Statistik hesablamara görə Latın Amerikasının müsəlmanları Amerikanın cəmiyyət baxımından ən sürətli inkişaf edən cəmiyyətidir. Kolumbiyalı müsəlman "İspanca İslam" təşkilatının təsisçisi və rəhbəri Ceymi Felçir bildirib ki; "Bu mərkəzin təsisinin əsas hədəfi İspan dilində danışan müsəlmanlara İslam maarifini çatdırmaqdır və onların dini ehtiyaclarını təmin etməkdir. Mən özüm İslam dinini qəbul etdiyim zaman öz dilimizdə İslami mənbələr kifayət qədər deyildi və ata-anam və ailəm üçün İslamı açıqlayacaq kitablar tapa bilmirdim. Buna görə də özüm İslami məhsulların (video, audio, kitab və tərcümə) istehsalına başladım. Sonradan "İspanca İslam" müəssisəsini təsis etdim və burada müxtəlif proqramlar da icra edilməyə başladı. Bu gün isə artıq İslam Mərkəzi və məscidə olan ehtiyacı nəzərə alıb bu mərkəzi yaratdıq ki, latın dilli müsəlmanların dini təlim və tərbiyəyə olan ehtiyaclarını təmin edək." O qeyd edib ki, İspan dilli müsəlmanların çoxu İslam dinini qəbul etdikləri üçün öz ailələrindən uzaqlaşıb və ya qovulmuşlar və öz mədəniyyətlərini tərk etmişlər. Onlar məscidlərdə çox vaxt ərəb dilində danışırlar. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Fevral, 2016 11:36 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |