إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İraq hərbçiləri Mosulda İŞİD-ə qarşı əməliyyata hazırdırlar - komandan

"İraq hərbçiləri 2014-cü ilin iyunundan indiyədək İŞİD terror təşkilatının nəzarəti altında olan Mosul şəhərinin azad edilməsi üzrə əməliyyata başlamağa hazırdır."

Ahlibeyt.az-ın Salamnews-a istinadən məlumatına görə,bunu “Iraqi Media News Agency” agentliyinə Naynava əyalətindəki hərbi əməliyyatlara komandanlıq edən general-mayor Nacim əl-Cuburi bildirib.

“Ordu hissələri Mahmur rayonunda (Mosuldan cənub-şərqdə) yerləşib, onlar lazımi hazırlıq keçdikdən, silah və təchizat əldə etdikdən sonra Mosulun azad edilməsi üzrə əməliyyata başlamağa tam hazırdır.", - iraqlı general-mayor söyləyib.

 

Onun sözlərinə əsasən, Naynava hərbi komandanlığı xalq özünümüdafiə dəstələri ilə sıx əlaqəli şəkildə fəaliyyət göstərir və terrorçularla mübarizədə onların dəstəyini yüksək dəyərləndirir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Yanvar, 2016  14:37 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!