
"İraq hərbçiləri 2014-cü ilin iyunundan indiyədək İŞİD terror təşkilatının nəzarəti altında olan Mosul şəhərinin azad edilməsi üzrə əməliyyata başlamağa hazırdır."
Ahlibeyt.az-ın Salamnews-a istinadən məlumatına görə,bunu “Iraqi Media News Agency” agentliyinə Naynava əyalətindəki hərbi əməliyyatlara komandanlıq edən general-mayor Nacim əl-Cuburi bildirib.
“Ordu hissələri Mahmur rayonunda (Mosuldan cənub-şərqdə) yerləşib, onlar lazımi hazırlıq keçdikdən, silah və təchizat əldə etdikdən sonra Mosulun azad edilməsi üzrə əməliyyata başlamağa tam hazırdır.", - iraqlı general-mayor söyləyib.
Onun sözlərinə əsasən, Naynava hərbi komandanlığı xalq özünümüdafiə dəstələri ilə sıx əlaqəli şəkildə fəaliyyət göstərir və terrorçularla mübarizədə onların dəstəyini yüksək dəyərləndirir.