|
• DünyadaAmerikalı general:Səudiyyə Ərəbistanı ilə İran arasındakı gərginlik irimiqyaslı müharibəyə çevrilə bilərƏgər münaqişə kəskinləşərsə, o zaman bu İranla Səudiyyə Ərəbistanı arasında irimiqyaslı müharibəyə çevrilə bilər Ahlibeyt.az-ın Report-a istinadən verdiyi xəbərə görə,FoxNews-un məlumatında bildirilir ki,bunu ABŞ Mərkəzi Komandanlığının keçmiş komandanı, dəniz piyadalarının istefada olan generalı Entoni Zinni müsahibəsində deyib. Onun sözlərinə görə, iqtisadi sabitlikdə maraqlı olan hər kəs yaranmış vəziyyətdən narahatdır: "İki ölkə arasındakı münasibətə dair yayılan xəbərlər narahatedicidir. Əgər münaqişə kəskinləşərsə, o zaman bu İranla Səudiyyə Ərəbistanı arasında irimiqyaslı müharibəyə səbəb olar. Bu isə körfəzin bağlanması, enerji daşıyıcılarının sərbəst nəqlində məhdudiyyətlərin yaranması ilə nəticələnər", - deyə o vurğulayıb. General deyib ki, Ər-Riyadla Tehran arasında münaqişə terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədən diqqəti yayındırar, Vaşinqtonun dəstəklədiyi bölgə dövlətlərində daxili sabitliyin pozulmasına səbəb olar. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Yanvar, 2016 14:33 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |