
Əgər münaqişə kəskinləşərsə, o zaman bu İranla Səudiyyə Ərəbistanı arasında irimiqyaslı müharibəyə çevrilə bilər
Ahlibeyt.az-ın Report-a istinadən verdiyi xəbərə görə,FoxNews-un məlumatında bildirilir ki,bunu ABŞ Mərkəzi Komandanlığının keçmiş komandanı, dəniz piyadalarının istefada olan generalı Entoni Zinni müsahibəsində deyib.
Onun sözlərinə görə, iqtisadi sabitlikdə maraqlı olan hər kəs yaranmış vəziyyətdən narahatdır: "İki ölkə arasındakı münasibətə dair yayılan xəbərlər narahatedicidir. Əgər münaqişə kəskinləşərsə, o zaman bu İranla Səudiyyə Ərəbistanı arasında irimiqyaslı müharibəyə səbəb olar. Bu isə körfəzin bağlanması, enerji daşıyıcılarının sərbəst nəqlində məhdudiyyətlərin yaranması ilə nəticələnər", - deyə o vurğulayıb.
General deyib ki, Ər-Riyadla Tehran arasında münaqişə terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədən diqqəti yayındırar, Vaşinqtonun dəstəklədiyi bölgə dövlətlərində daxili sabitliyin pozulmasına səbəb olar.