إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Dalay Lama: “Həzrəti Məhəmmədin açdığı yol tiranlıq və terroru yox edəcəkdir”

Tibetin sürgündə olan ruhani lideri Dalay Lama (Tenzin Gyasto) Hindistanda müsəlmanların təşkil etdiyi konfransda iştirak edib.

Ahlibeyt.az-ın Anspress-ə istinadən məlumatına görə, Hindistanın cənubundakı Maysur ərazisində keçirilən konfransda Dalay Lama söz istəyərək çıxış edib.

Çıxışına, “Həzrəti Məhəmməd (əs) bəşəriyyətin sülhü üçün izlənməsi vacib olan yolu açan insandır” – sözü ilə başlayan buddist lider Qurani Kərimin bu yolun təminatı və rəhbəri olduğunu vurğulayıb.

“Biz bütün dünyada sülh istəyiriksə, həzrəti Məhəmmədin (s.ə.s) açdığı yolu izləməliyik. Bu yol tiranlığı və terrorçuluğu yox edəcəkdir. Həzrəti Məhəmmədin verdiyi mesaj sülhdür, sevgidir və tolerantlıqdır”.

Tibet ruhanisinin bu sözləri tədbir iştirakçıları tərəfindən uzun müddət ayaqüstə alqışlanıb.

Tədbirin sonunda Dalay Lamaya ingilis dilində Qurani Kərim və İslam dininin təməl kitabları hədiyyə olunub, bu cür görüşlərin ənənəvi hal alması üçün iş başladılıb.

Tibetin sürgündə olan ruhani lideri Dalay Lama bundan əvvəl də İslam dini barədə müsbət fikirlər açıqlamışdı.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Yanvar, 2016  11:44 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!