إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Nigeriyada Əhli-beyt (ə) davamçılarının lideri Şeyx əl-Zəkzəki ağır yaralıdı(Foto)

Bir neçə gün öncə  Nigeriya  silahlı qüvvələrinin ölkədə şiələrin lideri olan  İbrahim əl-Zəkzakinin  evinə hücum çəkdiyi barədə məlumat yayılmışdır

Ahlibeyt.az-ın faktxeber-ə istinadən məlumatına görə, Zariyə şəhərinin Gilsa rayonunda həyata keçirilən hücum zamanı şeyxin özünün, xanımının, oğlunun  və 300-dən artıq şiənin həlak olduğu barədə məlumatlar verilir.

Bu gün isə Əl-Zəkzakinin qızı Nəsibə Zəkzaki mətbuata bildirib ki, şeyxin  ağır yaralı olsa da,  həyatını itirmədiyini bildirib: "Anam və atam hazırda ağır yaralıdı, ancaq harda olduqlarını bilmirəm". Xəbəri  Nigeriyanın siyasi fəalı  Harun  Bainavi də təsdiqləyib. Nəsibə Zəkzaki həmçinin ölənlərin sayının 1000-ə yaxın olduğunu və həlak olanların cəsədinin hələ də küçələrdə qaldığını deyib.

Həmin dəhşətli hücumun bu gün mediada yayımlanan yeni görüntülərini təqdim edirik

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Dekabr, 2015  15:10 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!