
Bir neçə gün öncə Nigeriya silahlı qüvvələrinin ölkədə şiələrin lideri olan İbrahim əl-Zəkzakinin evinə hücum çəkdiyi barədə məlumat yayılmışdır
Ahlibeyt.az-ın faktxeber-ə istinadən məlumatına görə, Zariyə şəhərinin Gilsa rayonunda həyata keçirilən hücum zamanı şeyxin özünün, xanımının, oğlunun və 300-dən artıq şiənin həlak olduğu barədə məlumatlar verilir.
Bu gün isə Əl-Zəkzakinin qızı Nəsibə Zəkzaki mətbuata bildirib ki, şeyxin ağır yaralı olsa da, həyatını itirmədiyini bildirib: "Anam və atam hazırda ağır yaralıdı, ancaq harda olduqlarını bilmirəm". Xəbəri Nigeriyanın siyasi fəalı Harun Bainavi də təsdiqləyib. Nəsibə Zəkzaki həmçinin ölənlərin sayının 1000-ə yaxın olduğunu və həlak olanların cəsədinin hələ də küçələrdə qaldığını deyib.
Həmin dəhşətli hücumun bu gün mediada yayımlanan yeni görüntülərini təqdim edirik