إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

QMİ Azərbaycanda qeyri-ənənəvi cərəyanların yayılmasının qarşısının alınmasında mühüm rol oynayır - QTSİ sədri

"Son günlər Qafqaz Müsəlmanları İdarəsi haqqında səslənən iradlar və bu qurumun ləğv olunması barədə əsassız fikirlər irəli sürülür. Düzdür, bəzi qrumlarda olduğu kimi burada da müəyyən qüsurlar və çatışmazlıqlar var. Ancaq bu əsas vermir ki, QMİ idarəsi ləğv edilsin və onun fəaliyyətinə kölgə salınsın."

ahlibeyt.az-ın məlumatına görə bunu Salamnews-a Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun (QTSİ) sədri Məhəmməd Əsədullazadə bildirib.

O deyib ki, Qafqaz Müsəlmanları İdarəsi Qafqaz regionunda müsəlmanların inzibati idarə mərkəzi rolunu oynayır: “Bunun ölkəmizdə fəaliyyət göstərməsi, Azərbaycanın regionda nüfuzlu bir müsəlman ölkəsi olmasına dəlalət edir. Nəzərə alaq ki, Qafqazda müxtəlif millətlərdən olan müsəlmanlar yaşayır və həmin müsəlmanlar qonşu dövlətlərin vətəndaşlarıdır və dini idarə mərkəzləri, məhz Bakı şəhərində yerləşir. Bu qrumun mərkəzinin ölkəmizdə olması, siyasi-dini nöqteyi nəzərindən ölkəmiz üçün önəmlidir. Bu gün bu qurumu parçalamağa, hətta Gürcüstanda və Ermənistanda bu qurumun eynisini yaratmağa cəhdlər edirlər və başa düşürlər ki, bunun dini-siyasi əhəmiyyəti çox yüksəkdir”.

Mərkəz rəhbəri deyib ki, ölkəmizdə də bəzi dairələr bu qurumu hədəfə götürürlər və bunun Azərbaycan üçün siyasi əhəmiyyətini nəzərə almırlar:

“QMİ ölkəmizdə islamın qeyri-ənənəvi cərəyanlarının yayılmasının qarşısının alınmasında mühüm rol oynayır. Bu qurumu hədəfə alanlar İslamın qeyri-ənənəvi cərəyanının ötən əsrin 90-cı illərində Azərbaycana buraxılmış nümayəndələridir”

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Dekabr, 2015  16:48 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!