|
• DünyadaBəhreyn şəhidlərinin sayı artdıCümə axşamı Bəhreynin Diyə məntəqəsində əl-Vəfaq partiyası sədrinin müavini Hüccətül-İslam vəl-müslimin Şeyx Hüseyn əl-Dəyhinin 70 yaşlı atası Hacı Əli əl-Dəyhi aldığı yaralar nəticəsində şəhadətə çatıb. O, çərşənbə günü axşam keçirilən etiraz aksiyasından evinə qayıdarkən Ali Xəlifə polisinin hücumuna məruz qalaraq ciddi xəsarətlər almışdı. Bildirilir ki, başından ciddi zərbələr almış Hacı Əli özünü güclə evinə çatdırdıqdan sonra övladları onu xəstəxanaya aparırlar. Amma zədəsinin ciddi olması onun paytaxt xəstəxanasına nəql edilməsini zəruri etdiyindən onu məşhur Süleymaniyyə xəstəxanasına çatdırılır. Amma xəstəxanaya çatdırılmasından yarım saat sonra Şeyx Hüseyn əl-Dəyhinin atası dünyasını dəyişir. Qeyd edək ki, Hacı Əli əl-Dəyhinin şəhadətilə Bəhreyn şəhidlərinin sayı 48-ə yüksəlmiş oldu. abna.ir Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Noyabr, 2011 04:35 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |