4 Noyabr, 2011
Bəhreyn şəhidlərinin sayı artdı

Cümə axşamı Bəhreynin Diyə məntəqəsində əl-Vəfaq partiyası sədrinin müavini Hüccətül-İslam vəl-müslimin Şeyx Hüseyn əl-Dəyhinin 70 yaşlı atası Hacı Əli əl-Dəyhi aldığı yaralar nəticəsində şəhadətə çatıb. O, çərşənbə günü axşam keçirilən etiraz aksiyasından evinə qayıdarkən Ali Xəlifə polisinin hücumuna məruz qalaraq ciddi xəsarətlər almışdı.

Bildirilir ki, başından ciddi zərbələr almış Hacı Əli özünü güclə evinə çatdırdıqdan sonra övladları onu xəstəxanaya aparırlar. Amma zədəsinin ciddi olması onun paytaxt xəstəxanasına nəql edilməsini zəruri etdiyindən onu məşhur Süleymaniyyə xəstəxanasına çatdırılır. Amma xəstəxanaya çatdırılmasından yarım saat sonra Şeyx Hüseyn əl-Dəyhinin atası dünyasını dəyişir.

Qeyd edək ki, Hacı Əli əl-Dəyhinin şəhadətilə Bəhreyn şəhidlərinin sayı 48-ə yüksəlmiş oldu.

abna.ir

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-415.html