|
|
DİN Bakının Nardaran qəsəbəsində əməliyyat keçirib,xəsarət alanlar varBakının Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanları əməkdaşları müqavimətlə qarşılaşıblar Ahlibeyt.az-ın verdiyi xəbərə görə,Sabunçu Rayon Polis İdarəsindən Trend-ə bildiriblər ki,hadisə nəticəsində yaralananlar var.İlahiyyatçı T.Bağırzadənin saxlanıldığı bildirilir. Sabunçu Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində yaralananlar var. T.Bağırzadənin saxlanıldığı bildirilir. xxx T.Bağırzadənin vəkili Cavad Cavadov Trend-ə bildirib ki, müvəkkilinin saxlanıldığı barədə məlumatı olsa da, hansı polis idarəsinə aparılması barədə hələ məlumatı yoxdur. xxx Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, baş vermiş insidentlə bağlı polis və prokurorluq orqanları tərəfindən müvafiq araşdırmalar aparılır, nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək. Nardaranda baş vermiş silahlı insident nəticəsində ölən və yaralananlar Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirliblər. Apa-nın hazırda xəstəxananın qarşısında olan əməkdaşı xəbər verir ki, xəstəxanaya çatdırılan zaman həlak olan şəxs polis əməkdaşıdır. Məlumata görə, hadisə nəticəsində daha bir neçə polis əməkdaşı yaralanıb. Bildirilir ki, əməliyyat zamanı polisə silahlı müqavimət göstərilib. Qeyd edək ki,bəzi KİV-nin məlumatında bildirilir ki, əməliyyat zamanı ilahiyyatçı Tale Bağırzadə polis tərəfindən saxlanılıb. Həmin məlumatlarda ilahiyyatçı hacı Zülfüqar Mikayılzadənin də həbs edildiyi bildirilir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Noyabr, 2015 15:18 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |