
Bakının Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanları əməkdaşları müqavimətlə qarşılaşıblar
Ahlibeyt.az-ın verdiyi xəbərə görə,Sabunçu Rayon Polis İdarəsindən Trend-ə bildiriblər ki,hadisə nəticəsində yaralananlar var.İlahiyyatçı T.Bağırzadənin saxlanıldığı bildirilir.
Sabunçu Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində yaralananlar var. T.Bağırzadənin saxlanıldığı bildirilir.
xxx
T.Bağırzadənin vəkili Cavad Cavadov Trend-ə bildirib ki, müvəkkilinin saxlanıldığı barədə məlumatı olsa da, hansı polis idarəsinə aparılması barədə hələ məlumatı yoxdur.
xxx
Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, baş vermiş insidentlə bağlı polis və prokurorluq orqanları tərəfindən müvafiq araşdırmalar aparılır, nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.
Nardaranda baş vermiş silahlı insident nəticəsində ölən və yaralananlar Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirliblər.
Apa-nın hazırda xəstəxananın qarşısında olan əməkdaşı xəbər verir ki, xəstəxanaya çatdırılan zaman həlak olan şəxs polis əməkdaşıdır. Məlumata görə, hadisə nəticəsində daha bir neçə polis əməkdaşı yaralanıb. Bildirilir ki, əməliyyat zamanı polisə silahlı müqavimət göstərilib.
Qeyd edək ki,bəzi KİV-nin məlumatında bildirilir ki, əməliyyat zamanı ilahiyyatçı Tale Bağırzadə polis tərəfindən saxlanılıb. Həmin məlumatlarda ilahiyyatçı hacı Zülfüqar Mikayılzadənin də həbs edildiyi bildirilir.