|
|
Prezident İlham Əliyev İSESCO Baş Konfransının XII sessiyasının açılışında iştirak edibBu gün Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) Baş Konfransının XII sessiyası işə başlayıb Ahlibeyt.az-ın Prezident.az-a istinadən məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sessiyada iştirak ediblər. Tədbir “Qurani-Kərim”dən ayənin oxunması ilə başlayıb. Dövlət başçısı sessiyanın açılışında çıxış edib: Prezident İlham Əliyev onun sərəncamı ilə ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin “Dostluq” ordeni ilə təltif olunduğunu bildirib və yüksək dövlət mükafatını ona təqdim edib. İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri çıxış edərək Azərbaycanın yüksək dövlət ordeninə layiq görüldüyünə görə dövlət başçısına minnətdarlığını bildirib. Sonra Nigeriya nümayəndəsinə ISESCO-nun 2015-ci il üzrə “Savadlılıq” mükafatı təqdim edilib. Tədbirə ev sahibliyi edən ölkə nümayəndəsinin XII baş konfransında quruma baş direktor seçilməsi nəzərdə tutulur. Qeyd edək ki, Baş Konfrans hər üç ildən bir keçirilir. Onun işində təşkilata üzv dövlətlərin İSESKO səlahiyyətlərinə aid sahələrdə çalışan nazirləri iştirak edir. Əvvəlki görüş 2012-ci ildə Ər-Riyad şəhərində (Səudiyyə Ərəbistanı) keçirilib. Azərbaycan isə 1991-ci ildən İSESCO-nun üzvüdür. Xatırladaq ki, konfrans çərçivəsində İSESCO-nun (Təhsil məsələləri üzrə İslam təşkilatı) İcraiyyə Şurasının 36-cı sessiyası da keçirilib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Noyabr, 2015 11:35 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |