إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Vladimir Putin Ayətullah Seyyid Əli Xamneyi ilə görüşüb

Tehranda Rusiya prezidenti Vladimir Putin və İranın ali dini lideri ayətullah seyyid Əli Xamenei arasında görüş keçirilir.

Ahlibeyt.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə,bu barədə Rusiya prezidentinn köməkçisi Yuri Uşakov məlumat verib.

Qaz İxrac Edən Ölkələrin III Sammitində iştirak etmək üçün Tehranda səfərdə olan Rusiya prezidentinin Ə. Xamneyi ilə görüşü sammitdən əvvəl baş tutub.

Y.Uşakovun sözlərinə görə, Prezident V.Putinin Ayətullah Xamneyi ilə görüşü çərçivisində ölkələr arasındakı ikitərəfli iqtisadi-siyasi münasibətlərin,atom enerjisi,neft-qaz emalı ilə bağlı məsələlərlə yanaşı Suriya münaqişəsinin həlli,o cümlədən terrorrizmə və xüsusilə İŞİD terror qruplaşmasına qarşı  mübarizənin  bərabər yollarının müzakirəsi nəzərdə tutulub.

Xəbər verdiyimiz kimi, V.Putin İran paytaxtına Qaz ixrac edən ölkələrin forumunda iştirak etmək üçün gedib.Sammitdə Risiya,İran,Boliviya,Venesuela,Nigeriya,Əkvatorial Qvineya,Əlcəzair prezidentləri iştirak edəcək.Sammitin xüsusi qonağı kimi dəvət olunmuş Türkmənistan Prezidenti Qurbanqulu Berdməhəmmədovun artıq tehranda olduğu bildirilir.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Noyabr, 2015  17:55 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!