|
• DünyadaBMT Təhlükəsizlik Şurasında İŞİD-lə mübarizəyə dair qətnamə yekdilliklə qəbul edilibBMT Təhlükəsizlik Şurası Fransanın hazırladığı İŞİD və digər terrorçu qruplaşmalara qarşı mübarizəyə dair qətnaməni qəbul edib
Ahlibeyt.az-ın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, qətnamənin lehinə Şuranın 15 üzvü yekdilliklə səs verib.
Qətnamədə bildirilir ki, “İraq və Suriyada qərarlaşan İŞİD qlobal miqyasda beynəlxalq sabitliyə və təhlükəsizliyə ciddi təhlükə yaratmaqdadır”. Qətnamədə həmçinin terrorçuluğa qarşı bütün vasitələrlə mübarizənin vacibliyi vurğulanıb. Təhlükəsizlik Şurasının qətnaməsi BMT üzv ölkələri "İslam Dövləti" adlanan təşkilatı,"Cəbəhat ən-Nusra" və Əl-Qaidə bağlantılı bu qəbildən olan təşkalatların İraq və Suriyanın bir sıra ərazilərində “qurduğu dayaqlarını" məhv etməyə çağırıb.
Sənəddə ölkələri “terror hücumlarının qarşısının alınması üçün səylərini daha da artırmağa dəvət edilir.
Həmçinin qətnamədə mübarizə aparılacaq terror təşkilatları sırasına qadağan olunmuş digər qrupların da adının əlavə olunacağı bildirilib.
Qeyd edək ki, bu, 1999-cu ildən etibarən BMT tərəfindən terrorizmlə bağlı qəbul edilən sayca 14-cü qətnamədir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Noyabr, 2015 12:50 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |