
BMT Təhlükəsizlik Şurası Fransanın hazırladığı İŞİD və digər terrorçu qruplaşmalara qarşı mübarizəyə dair qətnaməni qəbul edib
Ahlibeyt.az-ın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, qətnamənin lehinə Şuranın 15 üzvü yekdilliklə səs verib.
Qətnamədə bildirilir ki, “İraq və Suriyada qərarlaşan İŞİD qlobal miqyasda beynəlxalq sabitliyə və təhlükəsizliyə ciddi təhlükə yaratmaqdadır”. Qətnamədə həmçinin terrorçuluğa qarşı bütün vasitələrlə mübarizənin vacibliyi vurğulanıb.
Təhlükəsizlik Şurasının qətnaməsi BMT üzv ölkələri "İslam Dövləti" adlanan təşkilatı,"Cəbəhat ən-Nusra" və Əl-Qaidə bağlantılı bu qəbildən olan təşkalatların İraq və Suriyanın bir sıra ərazilərində “qurduğu dayaqlarını" məhv etməyə çağırıb.
Qeyd edək ki, bu, 1999-cu ildən etibarən BMT tərəfindən terrorizmlə bağlı qəbul edilən sayca 14-cü qətnamədir.