|
• DünyadaSuriyada türkmənlərin iki kəndi İŞİD terrorçularından təmizlənibTürkiyə və ABŞ qırıcılarının terrorçu İŞİD-in Suriya-Türkiyə sərhədi yaxınlığındakı mövqelərini bombalaması nəticəsində iki kənd terrorçulardan təmizlənib. Ahlibeyt.az-ın İslam.az-a istinadən verdiyi xəbərə görə,bu haqda Türkiyə KİV-i məlumat yayıb. Məlumata görə, anti-terror əməliyyatı gecə saatlarında Suriyanın Hələb şəhərinin şimalında, Türkiyə-Suriya sərhədində, Türkiyənin Kilis rayonu ilə üzbəüz qonşu ölkənin Harcele və Delha kəndlərində keçirilib. Hər iki yaşayış məntəqəsinin terrorçulardan təmizləndiyi haqda informasiya yayılıb. Xəbərdə bildirilib ki, türkmənlərdən ibarət Bəşər Əsəd rejiminə müxalif Sultan Murad briqadası İŞİD-in 70-dən çox silahlısını məhv edib. Məlumata əsasən, Türkiyənin 6 "F-16", ABŞ-ın 4 "F-15" və bir "AC-130" və 3 pilotsuz uçan aparatının əməliyyata havadan dəstəyi nəticəsində müxalif qruplar terrorçuları adıçəkilən türkmən kəndlərindən çıxara bilib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Noyabr, 2015 12:05 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |