21 Noyabr, 2015
Suriyada türkmənlərin iki kəndi İŞİD terrorçularından təmizlənib

Türkiyə və ABŞ qırıcılarının terrorçu İŞİD-in Suriya-Türkiyə sərhədi yaxınlığındakı mövqelərini bombalaması nəticəsində iki kənd terrorçulardan təmizlənib.

Ahlibeyt.az-ın İslam.az-a istinadən verdiyi xəbərə görə,bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, anti-terror əməliyyatı gecə saatlarında Suriyanın Hələb şəhərinin şimalında, Türkiyə-Suriya sərhədində, Türkiyənin Kilis rayonu ilə üzbəüz qonşu ölkənin Harcele və Delha kəndlərində keçirilib. Hər iki yaşayış məntəqəsinin terrorçulardan təmizləndiyi haqda informasiya yayılıb.

Xəbərdə bildirilib ki, türkmənlərdən ibarət Bəşər Əsəd rejiminə müxalif Sultan Murad briqadası İŞİD-in 70-dən çox silahlısını məhv edib.

Məlumata əsasən, Türkiyənin 6 "F-16", ABŞ-ın 4 "F-15" və bir "AC-130" və 3 pilotsuz uçan aparatının əməliyyata havadan dəstəyi nəticəsində müxalif qruplar terrorçuları adıçəkilən türkmən kəndlərindən çıxara bilib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4036.html