إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Vladimir Putin İranda Ayətullah Xamenei və Həsən Ruhani ilə görüşəcək

Rusiya prezidenti Vladimir Putin Tehranda iranlı həmkarı Həsən Ruhani və bu ölkənin ali dini lideri ayətullah seyyid Əli Xameni ilə görüşəcək.

Ahlibeyt.az-ın Salamnews-a istinadla verdiyi xəbərə görə,Ria Novosti agentliyinin məlumatında bildirilir ki, bu barədə jurnalistlərə Rusiya dövlət başçısının köməkçisi Yuriy Uşakov məlumat verib:

“Tehrana səfər zamanı İran İslam Respublikasının ali dini lideri Əli Xamenei və respublikanın prezidenti Həsən Ruhani ilə danışıqlar baş tutacaq.”

İkitərəfli əməkdaşlıq, ticarət-investisiya sahəsində qarşılıqlı fəaliyyət, nüvə enerjisi, neft və qaz hasilatı, hərbi-texniki əməkdaşlıq xətti üzrə əməkdaşlığa dair bütün aktual məsələlər müzakirə ediləcək.

Bundan əvvəl bildirilib ki, V.Putin qaz ixrac edən ölkələrin forumunda iştirak etmək üçün noyabrın 23-də İrana səfər edəcək.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Noyabr, 2015  19:07 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!