
Rusiya prezidenti Vladimir Putin Tehranda iranlı həmkarı Həsən Ruhani və bu ölkənin ali dini lideri ayətullah seyyid Əli Xameni ilə görüşəcək.
Ahlibeyt.az-ın Salamnews-a istinadla verdiyi xəbərə görə,Ria Novosti agentliyinin məlumatında bildirilir ki, bu barədə jurnalistlərə Rusiya dövlət başçısının köməkçisi Yuriy Uşakov məlumat verib:
“Tehrana səfər zamanı İran İslam Respublikasının ali dini lideri Əli Xamenei və respublikanın prezidenti Həsən Ruhani ilə danışıqlar baş tutacaq.”
İkitərəfli əməkdaşlıq, ticarət-investisiya sahəsində qarşılıqlı fəaliyyət, nüvə enerjisi, neft və qaz hasilatı, hərbi-texniki əməkdaşlıq xətti üzrə əməkdaşlığa dair bütün aktual məsələlər müzakirə ediləcək.
Bundan əvvəl bildirilib ki, V.Putin qaz ixrac edən ölkələrin forumunda iştirak etmək üçün noyabrın 23-də İrana səfər edəcək.