|
• DünyadaFransada düşmənçiliyin alovlandırıldığı məscidlər bağlanacaqFransanın daxili işlər naziri Bernar Kaznyov ölkədə radikal din xadimlərinin fəaliyyətinə son qoyacaq tədbirlər gördüyünü bildirib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Salamnews agentliyi İnterfaks-a istinadən məlumat yayıb. B.Kaznyov Fransanın “Frans-2” televiziya kanalının efirində söyləyib ki, söhbət “insanların nifrətə çağırıldıqları məscidlərin bağlanması üzrə” addımlardan gedir: “Təbliğatçı nifrətə qarşı mübarizə bundan əvvəl başlayıb, lakin ölkədə tətbiq edilən fövqəladə hal rejimi bu fəaliyyəti sürətləndirməyə imkan verəcək.” B.Kaznyov Fransa hökumətinin dinlərarası nifrət təbliğ edən insanların ölkədən çıxarılmaları barədə 34 sorğunu nəzərdən keçirdiyini də əlavə edib. Fransada yeni terror aktlarının törədilmə riski barədə danışarkən nazir bildirib ki, riski sıfıra endirmək mümkün deyil. Bununla belə, o, əmindir ki, “Fransa respublikası bu müharibədə qalib gələcək”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Noyabr, 2015 15:09 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |