16 Noyabr, 2015
Fransada düşmənçiliyin alovlandırıldığı məscidlər bağlanacaq

Fransanın daxili işlər naziri Bernar Kaznyov ölkədə radikal din xadimlərinin fəaliyyətinə son qoyacaq tədbirlər gördüyünü bildirib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Salamnews agentliyi İnterfaks-a istinadən məlumat yayıb.

B.Kaznyov Fransanın “Frans-2” televiziya kanalının efirində söyləyib ki, söhbət “insanların nifrətə çağırıldıqları məscidlərin bağlanması üzrə” addımlardan gedir: “Təbliğatçı nifrətə qarşı mübarizə bundan əvvəl başlayıb, lakin ölkədə tətbiq edilən fövqəladə hal rejimi bu fəaliyyəti sürətləndirməyə imkan verəcək.”

B.Kaznyov Fransa hökumətinin dinlərarası nifrət təbliğ edən insanların ölkədən çıxarılmaları barədə 34 sorğunu nəzərdən keçirdiyini də əlavə edib.

Fransada yeni terror aktlarının törədilmə riski barədə danışarkən nazir bildirib ki, riski sıfıra endirmək mümkün deyil. Bununla belə, o, əmindir ki, “Fransa respublikası bu müharibədə qalib gələcək”.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4014.html