|
• DünyadaNigeriyada “Boko Haram” təkfirçi-terror qruplaşmasının ilk üzvü yaxalandıNigeriya ordusu ən çox axtarılan 100 terrorçudan birini və ilk “Boko Haram” üzvü olan Çindo Bellonu həbs etdiyini açıqlayıb Ahlibeyt.az-ın İslamazeri-yə istinadən verdiyi xəbərə görə,bu barədə AFP agentliyinin yaydığı məlumatda bildirilir ki, Nigeriya ordusu mətbuat katibi polkovnik Sani Osman məsələyə dair açıqlamasında lövhədə şəkli olan bir şəxsin yerinin müəyyən olunduğunu və Abuja hava limanında ələ keçirildiyini bildirib. Polkovnik Osman "Çindo Bello hava limanının təhlükəsizlik əməkdaşları tərəfindən tanınıb və Laqosa uçmaq istəyərkən saxlanılıb” –deyə söyəyib. Daha çox detallara toxunulmayan açıqlamada Bellonun qaçmağa çalışdığı qeyd olunub. Sani Osman həbs olunan Çindo Bellonun sorğu-sual olunmaq üçün hərbi kəşfiyyata təslim edildiyini deməklə kifayətlənib. "Ən çox axtarılanlar” siyahısı ötən ayın sonunda ingilis və yerli dillərdə hazırlanaraq nəşr olunmuş və xalqdan Boko Haram üzvlərinin yaxalanması üçün kömək tələb edilmişdi. Qeyd olunur ki,Nigeriya prezident Məhəmmədi Buxari Əbu Bəkr Şəkinin fotolarının yer aldığı siyahının xalqa paylanılması göstərişini verərək xalqdan hərbi kəşfiyyata yardımçı olmağı istəmişdi
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Noyabr, 2015 10:35 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |