11 Noyabr, 2015
Nigeriyada “Boko Haram” təkfirçi-terror qruplaşmasının ilk üzvü yaxalandı

Nigeriya ordusu ən çox axtarılan 100 terrorçudan birini və ilk “Boko Haram” üzvü olan Çindo Bellonu həbs etdiyini açıqlayıb

Ahlibeyt.az-ın İslamazeri-yə istinadən verdiyi xəbərə görə,bu barədə AFP agentliyinin yaydığı məlumatda bildirilir ki, Nigeriya ordusu  mətbuat katibi polkovnik Sani Osman məsələyə dair açıqlamasında lövhədə şəkli olan bir şəxsin yerinin müəyyən olunduğunu və Abuja hava limanında ələ keçirildiyini bildirib.

Polkovnik Osman "Çindo Bello hava limanının təhlükəsizlik əməkdaşları tərəfindən tanınıb və Laqosa uçmaq istəyərkən saxlanılıb” –deyə söyəyib. Daha çox detallara toxunulmayan açıqlamada Bellonun qaçmağa çalışdığı qeyd olunub.

Sani Osman həbs olunan Çindo Bellonun sorğu-sual olunmaq üçün hərbi kəşfiyyata təslim edildiyini deməklə kifayətlənib. "Ən çox axtarılanlar” siyahısı ötən ayın sonunda ingilis və yerli dillərdə hazırlanaraq nəşr olunmuş və xalqdan Boko Haram üzvlərinin yaxalanması üçün kömək tələb edilmişdi.

Qeyd olunur ki,Nigeriya prezident Məhəmmədi Buxari Əbu Bəkr Şəkinin fotolarının yer aldığı siyahının xalqa paylanılması göstərişini verərək xalqdan hərbi kəşfiyyata yardımçı olmağı istəmişdi

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3993.html