|
• DünyadaAzərbaycanlıları lağa qoyan verilişə görə İRİB əməkdaşları cəzalandırılıblarİran İslam Respublikası Dövlət Teleradio Təşkilatının rəhbərliyi (İRİB) Azərbaycan dilinə hörmətsizlik edərək onu lağa qoyan “Fitileh” uşaq verilişinin efirə verilməsinə məsuliyyət daşıyan əməkdaşı işdən çıxarıb və azərbaycanlılardan üzr istəyib. Ahlibeyt.az-ın Azərtac-a istinadən verdiyi xəbərə görə, noyabrın 6-da efirə gedən verilişlə bağlı ziyalılardan ibarət bir sıra yerli azərbaycanlının etirazından sonra İRİB-in ictimaiyyətlə əlaqələr şöbəsi bəyanatla çıxış edib. Bəyanatda deyilir: “Əziz həmvətənlərimizin narahatlığına səbəb olan verilişin efirə buraxılmasına məsuliyyət daşıyanlar işdən azad ediliblər. Əsrlər boyu müxtəlif xalqların nümayəndələri İranda milli birlik və həmrəylik şəraitində yaşayıblar. İranın çoxmilliliyi onun zənginliyini göstərir. Bu milli birliyə zərər vurmağa heç kəsin haqqı çatmır”. Bəyanatda həmçinin televiziya rəhbərliyinin üzrxahlığı bildirilib və bu kimi halların bir daha baş verməyəcəyi vurğulanıb. Eləcə də məsələ ilə bağlı İRİB-in iki vəzifəli şəxsinə töhmət verilib. Son məlumatlara görə,"Fitile" adlı proqram təhqirə yol verdiyi üçün İran Radio və Televiziya Qurumu tərəfindən yayından çıxarılıb.Qurumun rəhbəri Məhəmməd Serafraz bu hadisəyə görə üzr istəyib - "Proqramdakı təhqirə görə İranda yaşayan azərbaycanlılardan üzr istəyirəm. Proqraam yayımdan çıxarılıb və məsul şəxslərin cəzalandırılması işləri başlayıb".
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Noyabr, 2015 16:45 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |