|
• DünyadaSaxalin məhkəməsi "Quran" ayələrinin ekstremist kimi tanınması barədə qərarı ləğv edibRusiyanın Saxalin vilayət məhkəməsi birinci instansiya məhkəməsinin "Qurani-kərim"dən olan sitatların ekstremist kimi tanınması barədə qərarını ləğv edib. Ahlibyet .az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə, Lifenews-un məlumatında bildirilir ki,dörd saat davam edən dinləmələrdə Müsəlman Sahibkarlar Assosiasiyasının nümayəndələri, Rusiyanın Asiya hissəsinin müsəlmanlarının ruhani istiqamətinin nümayəndəsi və daha 10 maraqlı şəxs iştirak edib. Onlardan bir çoxu ölkənin digər regionlarından xüsusi olaraq gəliblər. "Hər kəs Allahdan bu qanunsuz qərarın ləğv edilməsini diləyirdi. Bizim xoşbəxtliyimiz, prokurorluq orqanlarının isə bədbəxtliyindən, müvafiq qərar ləğv edilib. Bir sözlə desək, bu gün ədalət bərqərar oldu. Heç bir dindar, müsəlman üçün müqəddəs yazının şərəfini müdafiə etməkdən böyük şərəf ola bilməz.", - Çeçenistan rəhbəri Ramzan Kadırovun vəkili Səid Maqomed Çapanov bildirib. Xatırladaq ki, bu ilin sentyabrında hakim Natalya Perçenko prokuror Tatyana Belobrovetsin iddiası üzrə "Quran"ın tərcümə edilmiş ayələrindən ibarət “Molba k Boqu” ("Allaha dua") kitabını ekstremist tanıdıqdan sonra qalmaqal yaranıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Noyabr, 2015 11:42 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |