5 Noyabr, 2015
Saxalin məhkəməsi "Quran" ayələrinin ekstremist kimi tanınması barədə qərarı ləğv edib

Rusiyanın Saxalin vilayət məhkəməsi birinci instansiya məhkəməsinin "Qurani-kərim"dən olan sitatların ekstremist kimi tanınması barədə qərarını ləğv edib.

Ahlibyet .az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə, Lifenews-un məlumatında bildirilir ki,dörd saat davam edən dinləmələrdə Müsəlman Sahibkarlar Assosiasiyasının nümayəndələri, Rusiyanın Asiya hissəsinin müsəlmanlarının ruhani istiqamətinin nümayəndəsi və daha 10 maraqlı şəxs iştirak edib. Onlardan bir çoxu ölkənin digər regionlarından xüsusi olaraq gəliblər.

"Hər kəs Allahdan bu qanunsuz qərarın ləğv edilməsini diləyirdi. Bizim xoşbəxtliyimiz, prokurorluq orqanlarının isə bədbəxtliyindən, müvafiq qərar ləğv edilib.

Bir sözlə desək, bu gün ədalət bərqərar oldu.

Heç bir dindar, müsəlman üçün müqəddəs yazının şərəfini müdafiə etməkdən böyük şərəf ola bilməz.", - Çeçenistan rəhbəri Ramzan Kadırovun vəkili Səid Maqomed Çapanov bildirib.

Xatırladaq ki, bu ilin sentyabrında hakim Natalya Perçenko prokuror Tatyana Belobrovetsin iddiası üzrə "Quran"ın tərcümə edilmiş ayələrindən ibarət “Molba k Boqu” ("Allaha dua") kitabını ekstremist tanıdıqdan sonra qalmaqal yaranıb.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3973.html