|
• DünyadaİŞİD-ə terrorçu toplayan məscid imamı həbs edildiOnun həbsinə digər səbəb jurnallardan birinə verdiyi müsahibə olub Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə İslamazeri.az "AFP"yə istinadən məlumat yayıb. Məlumatda Berlin polisi 30 yaşlı imamın İŞİD-ə üzv toplama ittihamıyla həbs edildiyini bildirib. Berlin polisinin dünən verdiyi açıqlamaya görə, Dağıstan əsilli imamın internet vasitəsilə terror təşkilatına üzv topladığı və onların təbliğatını apardığı müəyyənləşdirilib. Hacı Murad K. adlı imamın terror təşkilatlarına göndərmək üçün bəzi materiallar hazırladığı da ittihamlar içində yer alıb. Rəsmilərin sözlərinə görə, "Fussilət 33" adlı islami mərkəzdə imam kimi fəaliyyət göstərən Hacı Muradın may ayında İŞİD haqda "Medusa" jurnalına verdiyi müsahibə də onun həbs edilməsində mühüm rol oynayıb. Almaniya qanunları əsas tutularaq prokurorluğun həbs olunma əmrindən sonra nəzarətə alınan dağıstanlı imamın soyadı açıqlanmayıb. İmamla birlikdə ələ keçirilən materiallar arasında gecə görüntüsü üçün binokl və məsafə ölçən durbin də var. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Oktyabr, 2015 17:06 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |