إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Allahdan qeyrisinə ümidin nəticəsi...

Sadiq(ə) buyurur: «Mən keçmiş peyğəmbərlərə aid hədsi qüsdüdə oxumuşam ki,Allah-təala öz izzəti, əzəməti, şərəfi, böyüklüyünə  and içərək buyurur ki, məndən başqasına ümid edənə zəlalət libası geydirib öz dərgahımdan qovaraq fəzilətimdən məhrum edərəm. Çətinliklər mənim əlimlə həll olduğu halda, məndən başqasınamı əl açıb yalvarır? Məndən başqasına ümid bəsləyir, mənim evimdən başqa bir evin qapısını döyür? Halbuki bütün bağlı qapıların açarları mənim yanımda və evimin qapısı da məni çağıranın üzünə açıqdır.

Varmı elə şəxs ki, çətinə düşəndə mənə ümid bəsləyib, mən onun ümidini kəsmişəm?

Mən bəndələrimin arzu və istəklərini öz dərgahımda qoruyub saxladım. Onlar isə buna razı olmadılar. Göyləri mənə zikr etməkdən yorulmayan mələklərlə doldurdum. Onlara əmr etdim ki, mənimlə bəndələrim arasındakı qapıları bağlamasınlar. Lakin onlar (bəndələr) mənim sözümə inanmadılar.

Məndən başqasına ümid bəsləyən bilmirmi ki, əgər ona bir çətinlik üz versə, başqası mənim icazəm olmadan onun çətinliyini aradan qaldıra bilməz? Bəs niyə məndən üz döndəribdir? Halbuki öz kərəm və fəzilətimdən istəmədiyi bir şeyi ona əta edir, sonra ondan alıram. Onun yenidən qaytarılmasını isə məndən yox, başqasından istəyir.

Bəndə mənim haqqımda nə fikirləşir? Məndən istəməyə-istəməyə ona əta etdiyim halda, yəni məndən istəyərkən ona öz nemətimdən əta etmərəm? Məgər məni paxıl sanırmı? Bütün səxavət və kəramətlər məndən deyilmi? Bağışlamaq və əfv etmək mənim əlimdə deyilmi? Məgər mən arzu və istəklərin ünvanı deyiləmmi? Belə isə məndən başqa kim arzu və istəkləri kəsə bilər? Məndən başqasına ümid bəsləyənlər qorxmurlarmı?

Əgər bütün yer və göy əhli mənə ümid bəsləyərsə və mən də onların hər birinə hamısının ümidvar olduğu qədər nemət əta edərəmsə, qarışqanın bir bədən üzvi qədər olsa belə, qüdrət və dövlətimdən azalmaz. Malik olduğum dövlət heç azalarmı?

Vay olsun o şəxslərin halına ki, mənim mərhəmətimə ümid bəsləmirlər. Vay olsun o şəxslərin halına ki, mənim qarşımda günah edir, məndən qorxmurlar.(«Üsul Kafi» II c/s-66/hədis-7; «Biharül-Ənvar» Beyrut nəşri: XXXI c/s-130.)

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Oktyabr, 2015  11:07 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!