إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bakıda "İmam Hüseyn(ə) Kərbəlası məhəbbət və barış yeridir” adlı tədbir keçirilib

Beynəlxalq Mətbuat Mərkəzində “İmam Hüseyn Kərbəlası məhəbbət və barış yeridir” adlı tədbir keçirilib

Ahlibeyt.az-ın məlumatına görə,ölkəmizdə səfərdə olan İmam Hüseyn(ə)ın Kərbəladakı müqəddəs hərəminin idarə heyətinin təşəbbüsü ilə İmam Hüseyn Mədəniyyət Həftəsi çərçivəsində tədbirlər keçirilir

Azərbaycan və İraq ruhanilərinin, din xadimlərinin, Qafqaz Müsəlmanları İdarəsi və Elmlər Akademiyası üzvlərinin eləcə də diplomatik korpus nümayəndələrinin iştirak etdiyi tədbir "Quran"tilavəti ilə başlayıb.

Tədbirdə “İmam Hüseyn Hərəmi”nin İdarə heyəti nümayəndəsi, çıxış edərək Kərbəla faciəsindən,İmam Hüseyn((ə)ın fəzilətlərindən və bu faciədən götürülməli olan ibrətlərə toxunub.Natiq həmçinin İraq və Azərbaycan arasında olan ikitərəfli əlaqələrdən və bu kimi tədbirlərin mütəmadi olaraq keçirilməsinin əhəmiyyətindən söz açıb.

Tədbirdə çıxış edən Azərbaycanın tanınmış din xadimi Hacı Şahin Həsənli Azərbaycan ərazisində yerləşən ziyarətgahlara olan ehtiramdan,İraq və Azərbaycan xalqlarının tarixi əlaqələrindən,Kərbəla faciəsinin bu  xalqın dəyərlər toplusunun biri olduğuna toxunaraq qeyd etmişdir ki,İmam Hüseynin şəxsiyyəti və Kərbəla faciəsi müasir zamanımızda daha çox tanınmağa başlamışdır və hazırda Kərbəla faciəsinin geniş şəkildə araşdırılmasına ehtiyac var.

İlahiyyatçı alim vurğulamışdır ki,son dövrlərdə  möhtəşəm şəkildə qeyd olunan "Ərbəin"ziyarəti bəşəriyyətin İmam Hüseyn ideyalarına doğru irəliləməsinin bir nümunəsidir və bu ideyaların tanınması  dünyada aktuallığını artırmaqdadır.

Sonda din xadimi qeyd edib ki, İmam Hüseynin hidayəti vastəsi ilə  İmam Zamanın zühurunun arzusu gerçəkləşəcək və ümüdvaram ki,Allah zuhurun gerçəkləşməsini görməyə bizlərə də nəsib edəcək.

Tədbirdə çıxış edən digər natiqlər də İmam Hüseyn(ə)fəzilətlərindən,Azərbaycan xalqının Kərbəla faciəsini yad etməsinin çoxəsrlik ənənəsindən söz açıb.

Tədbir çərçivəsində Kərbəla səhnələrini özündə əks etdirən foto stendlərdən ibarət sərgi nümayiş olunub.

Sonda “İmam Hüseyn Hərəmi” tərəfindən tədbir iştirakçılarına hədiyyələr təqdim edilib.

Qeyd edək ki, ölkəmizdə İmam Hüseyn Mədəniyyət Həftəsi 5 gün davam edəcək və sonda təşkilatçılar tərəfindən ünvanlanan suallara düzgün cavab verən iştirakçılar təmənnasız olaraq ziyarətə göndəriləcək.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Oktyabr, 2015  16:01 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!