|
• DünyadaRusiyada müsəlmanlar üçün Plastik kart istifadəyə verildiMoskva Sənaye bankı müsəlmanlar üçün xüsusi plastik kart istifadəyə verib - Bankın öz rəsmi saytında verdiyi məlumata görə, müştərilərə iki – “İslam” debet kartı, həmçinin premium və əmanət kartı olan “Zəvvar kartı” (iki növdə) təklif edilmişdir Ahlibeyt.az-ın Banker.az-a istinadən məlumatına görə,Bank marketoloqlarının planına uyğun olaraq “İslam kartı” gündəlik ehtiyaclar üçün nəzərdə tutulub. Bu PayPass kontaktsız ödəniş funksiyasına malik ənənəvi debet kartıdır. “Zəvvar kartı” isə xüsusi olaraq Məkkəyə həcc ziyarəti üçün nəzərdə tutulub. Bu kartın üstün cəhətlərinə Səudiyyə Ərəbistanından xüsusi tariflərlə zəng etməyə imkan verən telefon xidməti və həmçinin Səudiyyə Ərəbistanında endirimli tariflərlə nağdlaşdırma kimi xüsusiyyətlər daxildir. Bununla yanaşı, verilən məlumata görə, müsəlmanlar üçün nəzərdə tututulmuş bu kartlarda faiz hesablanması yoxdur və yatırılmış vəsaitlər şəriət tərəfindən qadağan edilmiş fəaliyyətlərin maliyyələşdirilməsi və həmçinin riskli əməliyyat üçün istifadə olunmur.
Bank həmçinin kartdan istifadə edilərək hər ay edilən alış-verişlərin 0,5-0,75%-ni İslam xeyriyyəçiliyinə köçürəcək. Moskva Sənaye bankından verilən məlumata görə, şəriət maliyyə standartlarına uyğun gələn bu plastik kart Rusiya Müftilər Şurasının sədri tərəfindən də təsdiq edilmişdir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Sentyabr, 2015 12:47 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |