Moskva Sənaye bankı müsəlmanlar üçün xüsusi plastik kart istifadəyə verib - Bankın öz rəsmi saytında verdiyi məlumata görə, müştərilərə iki – “İslam” debet kartı, həmçinin premium və əmanət kartı olan “Zəvvar kartı” (iki növdə) təklif edilmişdir
Ahlibeyt.az-ın Banker.az-a istinadən məlumatına görə,Bank marketoloqlarının planına uyğun olaraq “İslam kartı” gündəlik ehtiyaclar üçün nəzərdə tutulub. Bu PayPass kontaktsız ödəniş funksiyasına malik ənənəvi debet kartıdır. “Zəvvar kartı” isə xüsusi olaraq Məkkəyə həcc ziyarəti üçün nəzərdə tutulub. Bu kartın üstün cəhətlərinə Səudiyyə Ərəbistanından xüsusi tariflərlə zəng etməyə imkan verən telefon xidməti və həmçinin Səudiyyə Ərəbistanında endirimli tariflərlə nağdlaşdırma kimi xüsusiyyətlər daxildir.