|
• DünyadaAzərbaycan nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının 34-cü toplantısındaAzərbaycan nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri Parlament Birliyinin icra komitələrinin bu gün Pakistanda keçiriləcək 34-cü iclasında iştirak edəcək. Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə, iclasda Pakistan, Əlcəzair, Mərakeş Krallığı, Səudiyyə Krallığı, Banqladeş, Malayziya, Çad, Qvineya, Fil Dili Sahili, Uqanda, Türkiyə, İraq və İran parlamentlərinin nümayəndələri iştirak edəcəklər. Toplantıda 2016-cı ildə İraqın paytaxtı Bağdadda keçirilməsi planlaşdırılan İƏT ölkələrinin Parlament Birliyinin 11-ci konfransının gündəliyi müzakirə ediləcək və gündəlik dəqiqləşdiriləcək. Yığıncaqda həmçinin terrorçuluq, ekstremizmlə mübarizə üzrə Xartiya layihəsi, İƏT Parlament Birliyinin daimi komitələrinin siyasi, xarici, ətraf mühit, insan hüquqları, qadın məsələləri, mədəniyyət, hüquqi məsələlər, sivilizasiyalar və dinlərarası dialoq məsələləri üzrə fəaliyyəti müzakirə olunacaq. İclas İslamabad Bəyannaməsinin qəbul olunması ilə başa çatacaq. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Sentyabr, 2015 15:14 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |