|
• DünyadaSəudiyyə Ərəbistanı Yəməndə yas məclisinə aviazərbə endirib, 30 nəfər həlak olubSəudiyyə Ərəbistanına məxsus qırıcı təyyarələr ötən gün Yəmənin şimalında yerləşən Couf əyalətinin əl-Qia bölgəsində yerli əhali tərəfindən keçirilən yas məclisinə zərbə endirib. Ahlibeyt.az-ın məlumatına görə,Salamnews -un RT-yə istinadla verdiyi xəbərdə bildirilir ki,hava zərbəsi nəticəsində 30 nəfər həlak olub, ən azı 50 nəfər yaralanıb. Həlak olanların hamısı mülki vətəndaşlardır. Yas məclisinin bölgənin nüfuzlu qəbilələrindən olan “Ali-Həzm” ailəsinin üzvləri tərəfindən keçirildiyi bildirilir. Yeri gəlmişkən, Yəmən ordusunun husilərə yaxın mənbələri ötən həftənin cümə günü Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin Mərib əyalətindəki qərargahlarına hücum zamanı 45 deyil, 300-ə yaxın hərbçinin öldüyünü söyləyirlər. Qeyd edək ki, Səudiyyə Ərəbistanı bu hücumda 10 hərbçisinin öldüyünü təsdiqləyib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Sentyabr, 2015 12:03 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |