
Səudiyyə Ərəbistanına məxsus qırıcı təyyarələr ötən gün Yəmənin şimalında yerləşən Couf əyalətinin əl-Qia bölgəsində yerli əhali tərəfindən keçirilən yas məclisinə zərbə endirib.
Ahlibeyt.az-ın məlumatına görə,Salamnews -un RT-yə istinadla verdiyi xəbərdə bildirilir ki,hava zərbəsi nəticəsində 30 nəfər həlak olub, ən azı 50 nəfər yaralanıb. Həlak olanların hamısı mülki vətəndaşlardır.
Yas məclisinin bölgənin nüfuzlu qəbilələrindən olan “Ali-Həzm” ailəsinin üzvləri tərəfindən keçirildiyi bildirilir.
Yeri gəlmişkən, Yəmən ordusunun husilərə yaxın mənbələri ötən həftənin cümə günü Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin Mərib əyalətindəki qərargahlarına hücum zamanı 45 deyil, 300-ə yaxın hərbçinin öldüyünü söyləyirlər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı bu hücumda 10 hərbçisinin öldüyünü təsdiqləyib.