|
|
"Qafqaz İslam Ordusu Bakı yollarında" adlı tur təşkil olunacaqBakının işğaldan azad edilməsinin 97-ci ildönümü münasibətilə "Qafqaz İslam Ordusu Bakı yollarında" mədəni irs turu təşkil olunacaq Ahıibeyt.az-ın verdiyi xəbərə görə, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyindən Salamnews-a daxil olan məlumatda bildirilir ki,tur sentyabrın 16-17-də baş tutacaq. İki günlük tur çərçivəsində iştirakçılar Gəncə-Göyçay-Ağsu-Şamaxı-Hökməli-Güzdək-Bakı marşrutu ilə hərəkət edəcəklər. Tədbirin sonunda tur iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edəcəklər. İştirakçılara XX əsrin əvvəllərində xalqın erməni daşnakları və bolşeviklərə qarşı mübarizəsində qardaşlıq köməyinə yetişən, Azərbaycanın dövlət müstəqilliyini qazanmasında, istiqlalının qorunmasında həlledici rol oynayan Qafqaz İslam Ordusunun şərəfli döyüş yolu barədə məlumat veriləcək. Səfər çərçivəsində turun keçdiyi şəhər və rayonlardakı tarixi-mədəni abidələr də ziyarət olunacaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Sentyabr, 2015 10:06 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |