|
|
Milli və dini maarifçilik, mədaniyyətlərarası dialoq istiqamətində yeni layihəyə start verilirAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) "Tolerantlığın təbliğində vətənpərvər gənclərin rolu” adlı layihəyə start verir Ahlibeyt.az-ın Trend-ə istinadən məlumatına görə, bununla bağlı keçirilən tədbiri giriş sözü ilə açan “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov bildirib ki, layihənin məqsədi gənclərə ölkədəki multikulturalizm mövzusu, çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, müxtəlif etnik qruplar, dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada asaslanan əməkdaşlıq münasibətləri haqqında məlumat vermək, azərbaycançılığın təbliği üçün milli va dini maarifçilik, mədaniyyətlərarası dialoq, milli və dini tolerantlıq sahələrində iştirakda gənclərin fəallığının artırılmasıdır. O bildirib ki, layihənin məqsədi gənclər arasında milli-mənəvi əhəmiyyətli problemlərin həllinə yaxından kömək göstərməkdən ibarətdir: “Onların qarşılaşdığı zərərli xarici ideologiyalara qarşı maarifləndirmək layihənin asas məqsədlərindən biridir”. Ç.Bayramovun sözlərinə görə, layihə Azərbaycanın 5 bölgəsində Zaqatala, Qax, Astara, Şamaxı va Bakı şəhəri Yasamal rayonlarında gənclər arasında keçiriləcəkdir. Tədbirdə çıxış edən TUMİB İdarə Heyətinin üzvü Cabir Dövlətzadə də layihənin əhəmiyyətindən danışaraq bildirib ki, Azarbaycanın tarix boyu fəaliyyat göstərmiş mütərəqqi ziyalılarının, ictimai-siyasi xadimlərinin həyat va fəaliyyətinin, əsərlərinin təbliği də bu sahədə məqsəddir: “Layihə eyni zamanda milli, dini tolerantlıq, maarifçilik, multikulturalizm mövzuları baxımından fəal gənclərin üzə çıxardılması, ictimai problemlərin həllində aktiv iştirakını gücləndirməyə, onların ümumən cəmiyyət həyatına inteqrasiyasi prosesini sürətləndirməyə yönəlib”. Tədbirdə iştirak edən TUMİB üzvləri, digər gənclər təşkilatlarının nümayəndələri də çıxış edərək layihənin əhəmiyyətindən danışıblar. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Sentyabr, 2015 14:22 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |