إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Mədinə şəhərində 500 illik miniatür Quran sərgisi

İslam aləminin ikinci müqəddəs şəhəri sayılan Mədinədə sentyabar ayının 5-dən etibarən Quran – Kərimin 5 əsr bundan öncəyə aid olan miniatür bir nüsxəsinin ümumi sərgisi keçiriləcək

Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə,"Məlik Əbdüləziz" təşkilatının təşəbbüsü ilə Mədinə əl – Münəvvərə şəhərində sentyabar ayının 5-dən etibarən Quran – Kərimin 5 əsr bundan öncəyə aid olan miniatür bir nüsxəsinin ümumi sərgisi olacaq.

Bu qədim miniatür Quran – Kərim nüsxəsindən əlavə sərgidə Quran – Kərimin dünyanın müxtəlif ölkələrindən gətirilmiş tarixi nüsxələri də sərgiyə qoyulacaqdır.

Sərgidə həmçinin İslamın ilk dövrlərinə aid olan əlyazma nüsxələr, daş, sümük, və yarpaqlara yazılmış Quran ayələri və Həzrət Peyğəmbərin (s) hədisləri sərgiyə qoyulacaqdır.

Bildirilir ki, Məscidul-Həram və digər kitabxanalarda saxlanılan qədim əlyazma kitabların elektron nüsxəsi də bu sərgidə nümayiş etdiriləcəkdir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Sentyabr, 2015  13:33 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!