|
• Dünyadaİraq mərceiyyəti ölkədəki etirazlara fikir bildirdi"Daxilimizdə olan fürsət gözləyənlərə, xalqımıza zərbə vurmaq üçün şərait yaratmayın və şüarların dəyişdirilməsinə icazə verməyin" Ahlibeyt.az-ın İslamazeri-yə istinadən məlumatına görə, "Əl-Aləm"-in verdiyi xəbərə əsasən, İraq mərceiyyəti ölkədə baş verən etirazlar barədə fikir bildirib. Ölkə mərcəiyyətinin Kərbəla şəhərində olan nümayəndəsi və İmam Hüseynin (ə) hərəmində imam-cümə olan Şeyx Əbdulmehdi Kərbəlayi cümə xütbəsində belə bildirib: "Ölkənin işlərində islahalatlar aparmada uğur qazanmağın yollarından biri budur ki, ölkəni idarə edən siyasətçilərimiz xalqın fəsadla mübarizə, ictimai ədalətin bərpası və gözəl xidmət şüarlarını nəzərə alsın. Siyasətçilərimiz xalqın güvənini qazanmaq üçün ciddi addımlar atmalı və ölkədə islahatlar aparmaq istədiklərinin sadiqliyini isbat etməlidirlər. Xalqımız əməl olunmayan sözləri çox təcrübə etmişdir". Şeyx Kərbəlayi etirazçılara xitabən bildirib: "Öz tələblərinizi bildirərkən şüarları elə seçin ki, tələblərin haqq və yerində olduğunu bəyan etsin. Daxilimizdə olan fürsət gözləyənlərə, xalqımıza zərbə vurmaq üçün şərait yaratmayın və şüarların dəyişdirilməsinə icazə verməyin". Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Avqust, 2015 17:35 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |