30 Avqust, 2015
İraq mərceiyyəti ölkədəki etirazlara fikir bildirdi

"Daxilimizdə olan fürsət gözləyənlərə, xalqımıza zərbə vurmaq üçün şərait yaratmayın və şüarların dəyişdirilməsinə icazə verməyin"

Ahlibeyt.az-ın  İslamazeri-yə istinadən məlumatına görə, "Əl-Aləm"-in verdiyi xəbərə əsasən, İraq mərceiyyəti ölkədə baş verən etirazlar barədə fikir bildirib.

Ölkə mərcəiyyətinin Kərbəla şəhərində olan nümayəndəsi və İmam Hüseynin (ə) hərəmində imam-cümə olan Şeyx Əbdulmehdi Kərbəlayi cümə xütbəsində belə bildirib: "Ölkənin işlərində islahalatlar aparmada uğur qazanmağın yollarından biri budur ki, ölkəni idarə edən siyasətçilərimiz xalqın fəsadla mübarizə, ictimai ədalətin bərpası və gözəl xidmət şüarlarını nəzərə alsın. Siyasətçilərimiz xalqın güvənini qazanmaq üçün ciddi addımlar atmalı və ölkədə islahatlar aparmaq istədiklərinin sadiqliyini isbat etməlidirlər. Xalqımız əməl olunmayan sözləri çox təcrübə etmişdir".

Şeyx Kərbəlayi etirazçılara xitabən  bildirib: "Öz tələblərinizi bildirərkən şüarları elə seçin ki, tələblərin haqq və yerində olduğunu bəyan etsin. Daxilimizdə olan fürsət gözləyənlərə, xalqımıza zərbə vurmaq üçün şərait yaratmayın və şüarların dəyişdirilməsinə icazə verməyin".

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3653.html