|
|
Allahşükür Paşazadə Şamaxı Astrofizika Rəsədxanasının direktoru ilə görüşübGörüş zamanı namaz vaxtlarının, Ramazan təqviminin Azərbaycan üfüqinə uyğun hazırlanması, Ayın yenilənməsi ilə görünməsi (hilal) arasında fərqlər və s. məsələlər barədə fikir mübadiləsi aparılıb. Ahlibeyt.az-ın məlumatına görə,bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının yeni direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilovu qəbul edib. QMİ-nin mətbuat xidmətindən verilən xəbərdə bildirilir ki,Şeyxülislam son illərdə QMİ ilə Astrofizika Rəsədxanası arasında qurulan əlaqələrdən danışıb. O, bu münasibətlərin səmərəliliyinin artırılmasının vacibliyini qeyd edib. Görüş zamanı namaz vaxtlarının, Ramazan təqviminin Azərbaycan üfüqinə uyğun hazırlanması, Ayın yenilənməsi ilə görünməsi (hilal) arasında fərqlər və s. məsələlər barədə fikir mübadiləsi aparılıb. Dini mərkəzlə elmi müəssisənin əməkdaşlıq perspektivləri və digər maraq doğuran məsələlər müzakirə olunub. Şeyxülislam AMEA-nın müxbir üzvü Namiq Cəlilovu Şamaxı Astrofizika Rəsədxanasının direktoru təyin olunması münasibəti ilə təbrik edib və xatirə hədiyyəsi bağışlayıb. Görüşdə QMİ sədrinin birinci müavini, Müfti Hacı Salman Musayev, sədr müavini Hacı Fuad Nurullah iştirak ediblər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 İyul, 2015 19:15 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |