|
• DünyadaYəməndə Ramazan ayının sonuna qədər humanitar atəşkəs elan olunduYəməndə BMT-nin vasitəçiliyi ilə müqəddəs Ramazan ayının sonuna qədər atəşkəs rejiminin tətbiqinə dair razılaşma qüvvəyə minib. Ahlibeyt.az-ın Rian-a istinadən məlumatına görə,bu gecədən Səudiyyə başçılığı ilə yaradılan ərəb koalisiyası Yəmənə aviazərbələri dayndırıb.Bu tərəflər arasında BMT vastəçiliyi ilə əldə olunan humanitar atəşkəs razılşması çərçivəsində mümkün olub. Məlumatda qeyd olunur ki,Husilərə bağlı "Ənasallah" hərəkatının siyasi büro üzvü Həmə əl-Husi bildirib ki, atəşkəs rejimi qüvvəyə minənə son dəqiqəyə qədər koalisiya qüvvələri Yəmənin müxtəlif bölgələrini aviazərbələrə məruz qoyub.
Atəşkəs rejimi beynəlxalq təşkilatlar tərəfindən 1 milyondan artıq Yəmən sakini üçün humanitar yardımın çatdırılmasına şərait yaratmalıdır.
Qeyd edək ki, ərəb koalisiyası atəşkəs tətbiq edilməzdən bir neçə saat əvvəl ölkənin bir neçə regionunda husilərin mövqelərinə hava zərbələri endirib. Nəticədə Yəmənin şimal bölgəsində 7 nəfərin öldüyü bildirilir.
Yəməndə beşgünlük atəşkəs rejimi ilk dəfə may ayında tətbiq edilmişdi.
Qeyd edək ki, Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası martın 26-dan ölkədən qaçmış prezidenti Mənsur Hadinin geri qaytarılması bəhanəsi ilə Yəməni aviazərbələrə məruz qoyaraq ölkənin infrastrukturuna ciddi zərbə vuraraq çoxsaylı insan tələfatına yol açmışdır Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 İyul, 2015 11:51 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |