11 İyul, 2015
Yəməndə Ramazan ayının sonuna qədər humanitar atəşkəs elan olundu

Yəməndə BMT-nin vasitəçiliyi ilə müqəddəs Ramazan ayının sonuna qədər atəşkəs rejiminin tətbiqinə dair razılaşma qüvvəyə minib.

Ahlibeyt.az-ın Rian-a istinadən məlumatına görə,bu gecədən Səudiyyə başçılığı ilə yaradılan ərəb koalisiyası Yəmənə aviazərbələri dayndırıb.Bu tərəflər arasında BMT vastəçiliyi ilə əldə olunan humanitar atəşkəs razılşması çərçivəsində mümkün olub.

Məlumatda qeyd olunur ki,Husilərə bağlı "Ənasallah" hərəkatının siyasi büro üzvü Həmə əl-Husi bildirib ki, atəşkəs rejimi qüvvəyə minənə son dəqiqəyə qədər koalisiya qüvvələri Yəmənin müxtəlif bölgələrini aviazərbələrə məruz qoyub.

 

Atəşkəs rejimi beynəlxalq təşkilatlar tərəfindən 1 milyondan artıq Yəmən sakini üçün humanitar yardımın çatdırılmasına şərait yaratmalıdır.

 

Qeyd edək ki, ərəb koalisiyası atəşkəs tətbiq edilməzdən bir neçə saat əvvəl ölkənin bir neçə regionunda husilərin mövqelərinə hava zərbələri endirib. Nəticədə Yəmənin şimal bölgəsində 7 nəfərin öldüyü bildirilir.

 

Yəməndə beşgünlük atəşkəs rejimi ilk dəfə may ayında tətbiq edilmişdi.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası martın 26-dan ölkədən qaçmış prezidenti Mənsur Hadinin geri qaytarılması bəhanəsi ilə Yəməni aviazərbələrə məruz qoyaraq ölkənin infrastrukturuna ciddi zərbə vuraraq çoxsaylı insan tələfatına yol açmışdır

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3428.html